Ruslar ən çox Azərbaycan və Türkiyəyə pul göndərib

09:05 04.03.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyadan qeyri-qanuni pul axınında xeyli azalma müşahidə olunub.

Hafta.az-ın yazdığına görə, 2023-cü ildə külli miqdarda xarici valyutanın sərhədlərdən keçirilməsinə cəhdlərin sayı əvvəlki illə müqayisədə 2,5 dəfə azalıb.

Rusiya Federal Gömrük Xidmətinin yaydığı məlumatda deyilir ki, federal gömrük əməkdaşları 254 milyon rubl dəyərində pulun sərhəddən qanunsuz keçirilməsi cəhdinin qarşısını alıblar.

Vətəndaşlara Rusiya sərhədlərindən 10 min dollarını bəyan etmədən çıxarmağa icazə verilir. Daha böyük məbləğin çıxarılması üçün pulun məbləği bildirilməlidir.

Sərhəddən 20 min dollar ekvivalentindən artıq pul keçirməyə cəhd cinayət cəzasına məruz qalır və pul müsadirə olunur.

2023-cü ildə Rusiya gömrüyündə aparılan pulların bəyan edilməməsi və ya yanlış bəyana görə 11500 yaxın inzibati cinayət işi qaldırılıb.

Daha çox sərhəddən dollar və avro keçirməyə çalışan ruslar 2023-cü ildə ən çox pulu Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Azərbaycan, Çin, Özbəkistan, Serbiya və İsrailə göndərib.

Bundan əlavə, ən çox valyuta daxilolması Türkiyə, BƏƏ və Azərbaycandan olub.

Rusiyalı iqtisadi ekspertlərin fikrincə, xarici banklarda kart və hesab açanların sayının artması, əmanətlərini qanuni yollarla çıxarmaq imkanı, Rusiyada iqtisadi vəziyyətin sabitləşməsi və alternativ ödəniş alətlərinin, xüsusilə kriptovalyutaların yayılması və sair transsərhəd qeyri-qanuni pul hərəkətlərini azaldıb.

Oxunma sayı 233