Bu yaxınlarda Türkiyədə keçirilmiş prezident seçkiləri ilə bağlı rus xalqının rəyləri və qiymətləndirmələri araşdırılıb.
Hafta.az-ın yazdığına görə, FOM rəy araşdırma şirkətinin sorğusuna qatılan Rusiya vətəndaşlarının yüzdə 50-si Türkiyədəki seçkilərlə maraqlanmadıqlarını bildirib.
Respondentlərin 43 faizi Rəcəb Tayyib Ərdoğanın, cəmi 2 faizi Kamal Kılıçdaroğlunun qalib gəlməsini istədiyini bildirsə də, 6 faizi sualı cavabsız qoyub.
Ərdoğanın seçilməsini istədiklərini bildirənlər bunun səbəblərini belə sıraladılar:
- Ərdoğan Rusiyaya qarşı ağlabatan siyasət yürüdür və dostdur: 20 faiz,
- Ərdoğan uzun müddətdir hakimiyyətdədir, tanıdığımız və proqnozlaşdırıla bilən birisidir: 8 faiz,
- Ərdoğan yaxşı prezident və milli liderdir: 6 faiz,
- Kılıçdaroğlu Qərbpərəstdir, onun hakimiyyətə gəlməsi Rusiya üçün pis olardı: 5 faiz,
- Ərdoğanın Putinlə dostluq münasibətləri var: 2 faiz,
- Türkiyənin sabitliyi Ərdoğandan asılıdır: 2 faiz.