Rusiyada aparılan yeni araşdırma, vətəndaşların fikrincə, ideal yerli avtomobilin qiyməti 1 milyon rubldan (11 min dollar) aşağı olan qara “Sedan” olduğunu üzə çıxarıb.
Hafta.az yazır ki, SberAuto-nun YuMoney ilə birgə apardığı araşdırmada respondentlərin 23 faizi sedan tipli kuzovlara səs verib. İkinci yerdə 21 faizlə krossover qərarlaşıb.
İştirakçıların yüzdə 49-u benzinlə işləyən mühərrikə üstünlük verib. Ən çox səs toplayan rəng isə 30 faizlə qara olub. Gümüşü 18 faizlə ikinci yerdədir. Ağ rəngli maşınların nisbəti yüzdə 16-dır.
Digər tərəfdən, SberAuto rəsmiləri 2023-cü ildə ölkədə ən çox satılan avtomobilin “Lada Granta” olduğunu açıqladı. Satışların 45 faizi “Avtovaz”ın istehsal etdiyi bu modelə aiddir. Modelin başlanğıc qiyməti 1 milyon rubldan aşağıdır.