Ruslara yenidən Windows-u Microsoft saytından endirməyə icazə verildi

10:31 28.12.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Rusiya İP ünvanı olan istifadəçilər yenidən Windows 10 və 11 əməliyyat sistemlərini Microsoft saytından yükləyə bilərlər.

Əvvəllər bu, yalnız VPN vasitəsilə edilə bilərdi.

Xatırladaq ki, sentyabr ayında Microsoft rusiyalı istifadəçilər üçün kompüterləri əməliyyat sisteminin ən son versiyası - Windows 11-ə təkmilləşdirmək imkanını məhdudlaşdırmışdı.