Saakaşvili bundan sonra Gürcüstanda siyasətlə məşğul olmayacaq

13:41 02.12.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili Gürcüstanın siyasi həyatını tərk edir. Bu barədə onun anası Giuli Alasania Facebook-da məlumat verib.

"Mixail Saakaşvili heç bir şəkildə Gürcüstan siyasətində iştirak etmək niyyətində deyil və ədalətli qərara ümid edir", - o yazıb.

Alasaniya həmçinin qeyd edib ki, altı il həbs cəzası çəkən Saakaşvili mümkün zəhərlənmədə "Gürcüstan hakimiyyətini günahlandırmır". Gürcüstanın eks-prezidentinin anası hesab edir ki, bunun arxasında başqa ölkə dayana bilər.