Saakaşvili qismən aclıq aksiyası elan edib

19:44 06.12.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Hazırda Tbilisidəki “Vivamed” özəl klinikasında müalicə alan Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili yalnız müəyyən günlərdə yemək yeyir. Bu barədə TASS xəstəxananın klinik direktoru Zurab Çxaidzeyə istinadən məlumat yayıb.

"Saakaşvili yaxşı yemir. Xəstə yalnız istədiyi yeməyi qəbul edir, onu da müəyyən günlərdə", - həkim bildirib.

Çxaidzenin sözlərinə görə, Saakaşvilinin səhhəti stabildir, lakin diqqətə ehtiyacı var: onun təzyiqlə bağlı problemləri olub, lakin onlar artıq həll olunub.

Bundan əvvəl Saakaşvilinin vəkili onun səhhətinə görə azadlığa buraxılması üçün məhkəməyə vəsatət qaldırmışdı. Bundan əvvəl Gürcüstanın eks-prezidentinin bədənində ağır metalların izlərinin tapıldığı bildirilirdi.

Oxunma sayı 1616