Saakaşvili ukraynalı sevgilisindən ayrıldı

20:24 15.02.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Ukrayna Ali Radasının deputatı Liza Yasko Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin bütün əmlakını anasına verdiyini öyrəndikdən sonra onunla münasibətlərini kəsib. Ayrılığın bu səbəbini “Strana.ua” nəşrinə eks-prezidentin yaxın çevrəsindən olan mənbə verib.

Mənbənin sözlərinə görə, Yasko gürcü müğənnisi Sofiya Nijaradzedən olan qeyri-qanuni qızına görə sevgilisini də qısqanıb. Uşağın hazırda 2,5 yaşı olduğu dəqiqləşib. Nəşrin həmsöhbəti qeyd edib ki, hazırda Yasko Saakaşvili ilə əlaqə saxlamır.