Saatlı-İmişli mənzilində qatarların hərəkəti bərpa olunub

15:11 11.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Məlumat verdiyimiz kimi, iyulun 9-da Saatlı stansiyası yaxınlığında ölkəmizə Qara dənizdən xam şəkər daşıyan Gürcüstan dəmir yollarına məxsus 3 vaqon aşıb.

Azərbaycan Dəmir Yollarından hafta.az-a verilən xəbərə görə, baş vermiş hadisənin fəsadlarının aradan qaldırılması ilə əlaqədar aparılan təxirəsalınmaz tədbirlər nəticəsində Saatlı-İmişli mənzilində qatarların hərəkəti bərpa olunub.