Saatlıda 8 qadın zəhərlənib

15:18 04.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Saatlı rayonunda kütləvi zəhərlənmə olub.

TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Saatlı rayonunun Nəsimikənd kəndindən dəqiqləşdirilməmiş kimyəvi zəhərlənmə diaqnozu ilə 8 qadın Saatlı Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Onlara ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.