Sabah Cabir İmanovla vida mərasimi keçiriləcək

23:56 29.09.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Əməkdar artist Cabir İmanovla vida mərasimi sabah Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində olacaq.

Hafta.az xəbər verir ki, bununla bağlı Xəzər Media Mərkəzinin Baş direktoru, Xalq artisti Murad Dadaşov sosial şəbəkədə məlumat verib.

Qeyd edib ki, mərhumla vida mərasimi saat 13:00-da başlanılacaq.

Xatırladaq ki, C.İmanov bu gün Bakıda idman zalında infarkt keçirərək vəfat edib.