Sabah Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

10:16 17.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Paytaxtın kommunal strukturlarından əldə edilən məlumata görə sabah - iyulun 18-i səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Bu barədə hafta.az-a Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib.

"Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur", - deyə məlumatda qeyd olunub.