Sabah Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

12:25 23.04.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Aprelin 24-ü səhər saatlarından etibarən Bakının mərkəzi və qəsəbələrdəki əsas küçə,  prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Bu barədə hafta.az-a Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən bildirilib.

"Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur", - deyə məlumatda qeyd olunub.