Sabah Bakının əsas küçə və prospektləri dezinfeksiya ediləcək

12:00 01.05.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda küçə və prospektlərdə yenidən dezinfeksiya işləri aparılacaq.

Hafta.az-ın paytaxtın kommunal strukturlarından əldə edilən məlumata görə, 02.05.2020-ci il tarixdə, hərəkətin intensivliyinə və sıxlığına uyğun olaraq seçilmiş, şəhər əhəmiyyətli 200-dən artıq əsas küçə və prospektlərdə xüsusi kimyəvi maddələrlə növbəti dəfə gücləndirilmiş dezinfeksiya işləri aparılacaqdır.

Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur.