Yazını böyüt
Yazını kiçilt
Yanvarın 11-də Moskvada Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında danışıqlar aparılacaq.
Hafta.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, görüş Rusiya Prezidentinin təşəbbüsü ilə keçirilir. Görüşdə 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın icrası və regionda problemlərin həlli istiqamətində gələcəkdə atılacaq addımlar müzakirə olunacaq.