“Sabah”ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi

16:01 26.06.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Kişi basketbolçulardan ibarət “Sabah” klubunun Çempionlar Liqasındakı rəqibləri bəlli olub.

Hafta.az İdman.biz-ə istinadən xəbər verir ki, Azərbaycan çempionunun qarşılaşacağı komandalar bu gün İsveçrədə keçirilən püşkatmada müəyyənləşib.

Bakı klubu təsnifat mərhələsində İsveçin “Norrçepinq Dolfins” klubu ilə üz-üzə gələcək. Bu raundun qarşılaşmaları sentyabrın 15-22-də təşkil olunacaq.

“Sabah” mərhələ adlasa, müntəzəm mövsümdə mübarizə aparacaq.

Qeyd edək ki, Azərbaycan tarixində ilk dəfə Çempionlar Liqasında oynayacaq paytaxt təmsilçisi təsnifat mərhələsini keçə bilməsə, yoluna Avropa kubokunda davam edəcək.