Yazını böyüt
Yazını kiçilt
İtaliyanın sabiq xarici işlər naziri Franko Frattini vəfat edib.
Hafta.az xəbər verir ki, bu barədə "Corriere della Sera" qəzeti məlumat yayıb.
Bu ilin yanvarından İtaliya Dövlət Şurasının sədri vəzifəsində çalışan Frattini 2002-2004-cü illərdə xarici işlər naziri, 2008-2011-ci illərdə isə Silvio Berluskoninin rəhbərliyi altında hökumətdə fəaliyyət göstərib. Həmçinin Frattini dövlət idarəçiliyi naziri və Avropa Komissiyası sədrinin müavini olub.