Sabirabadda dəhşətli qəza: 3 nəfər öldü-ADLAR 

09:48 27.11.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

DİN-in Mətbuat Xidmətindən hafta.az-a bildirilib ki, qeyd edilən yol-nəqliyyat hadisəsi bu gün səhər saatlarında Sabirabad rayonunun Qarağac kəndi ərazisində baş verib.

“Daewoo” və “Toyota” markalı nəqliyyat vasitələrinin toqquşması nəticəsində 3 nəfər - S.Umudov, M.Hacıyev və S.Abuzərova vəfat edib, 3 nəfər sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabirabad RPŞ-də araşdırmalar aparılır.

***

Sabirabadda 3 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hafta.az APA-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Minbaşı kəndi ərazisində baş verib.

Belə ki, "Toyota" markalı avtomobillə "Daewoo" markall avtomobilin toqquşması nəticəsində 3 nəfər ölüb.

Yaralılar Şirvan Şəhər Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

1398810

1398811

1398812

1398809