Sabirabadda ev yanıb

23:55 30.04.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sabirabad rayonunda evdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, rayonun Türkədi kəndində ümumi sahəsi 160 m² olan birmərtəbəli evin 1 otağında divan və kreslo qismən yanıb. Yüksək temperaturdan taxtadan ibarət tavan 4 m² sahədə qarsalanıb. Ev yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.