Sabirabaddakı məktəbdə istilik bərpa olunub -Nazirlik

15:28 01.12.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sabirabad rayonu Kovlar kənd tam orta məktəbində istilik bərpa olunub.

Bu barədə hafta.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

****

Elm və Təhsil Nazirliyi Sabirabad rayonu Kovlar kənd tam orta məktəbinin istilik məsələsinə münasibət bildirib.

Hafta.az-ın məlumatına görə, Elm və Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bu gün "Facebook" hesabında bildirib ki, Sabirabad rayonu Kovlar kənd tam orta məktəbinin istilik sistemi dizel yanacaqlı qazanxana ilə işləyir.

"Məktəbə dizel yanacağı verildikdən sonra qazanxana işə salınıb və bundan sonra bəzi problemlər ortaya çıxıb. Hazırda ustalar məktəbdə təmir-bərpa işləri aparır və ən geci sabah məktəbdə istilik olacaq. Əlavə məlumat veriləcək", - deyə o bildirib.

Qeyd edək ki, məktəbin şagirdləri sosial şəbəkədə sinif otaqlanın soyuq olması barədə paylaşım ediblər.

Oxunma sayı 1728