Sabunçuda ev yanıb

18:30 17.08.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sabunçuda yanğın hadisəsi olub.

Hafta.az Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, Bakı şəhəri, Sabunçu rayonu, E.Nağıyev küçəsində ümumi sahəsi 30 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və içərisində olan əşyalar yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.