Şagirdlər arasında kütləvi ZƏHƏRLƏNMƏ

15:10 25.09.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İndoneziyanın Qərbi Yava əyalətində bu həftə mindən çox şagird məktəb bufetlərində yedikləri yeməkdən zəhərlənib.

Hafta.az-ın “The Jakarta Post”a istinadən yazdığına görə, yalnız ötən həftə ərzində Qərbi Yava və Mərkəzi Sulavesi əyalətlərində 800 şagird məktəbdə yedikləri yeməkdən zəhərlənib.

İndoneziyanın İqtisadi və Maliyyə İnkişafı İnstitutu (INDEF) bildirir ki, yanvar ayında pulsuz məktəbli nahar proqramının işə salınmasından bəri 4 mindən çox uşaq qida zəhərlənməsinə məruz qalıb.