Sahibkarlara 34,3 milyon manat subsidiya ödənilib

13:50 26.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Zəmanətli kreditlər üzrə sahibkarlara 34,3 milyon manat subsidiya ödənilib.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib.

Nazir qeyd edib ki, 2020-ci ilin iyun ayından bu il sentyabrın 1-dək dövlət zəmanətli kredit və subsidiya dəstəyi çərçivəsində pandemiyadan zərər çəkmiş sahibkarların kredit tələbatı 499,8 mln. manat olan 2.630 müraciətinə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 291,8 mln. manat zəmanət verilib.