Yazını böyüt
Yazını kiçilt
“Vəliəhd şahzadə və Baş nazir Məhəmməd bin Salmanın ABŞ-a səfəri güclü Səudiyyə-Amerika münasibətlərində yeni və vacib bir fəsil açacaq”.
Hafta.az-ın yazdığına görə, bunu Səudiyyə Ərəbistanının ABŞ-dakı səfiri Şahzadə Rima bint Bəndər bildirib.
“Bu səfər Səudiyyə-ABŞ münasibətlərində yeni və həyəcanverici bir fəsli möhkəmləndirir, hər iki xalqımızı ruhlandırmağa, ortaq gələcəyimizi gücləndirməyə və qlobal sabitliyə müsbət töhfə verməyə davam edir”, - deyə o, X hesabındakı açıqlamada bildirib.
Şahzadə Rima qeyd edib ki, səfər iki dost ölkənin liderlərinin arzuladığı nəticəyə nail olacaq, mövcud strateji münasibətləri ortaq maraqlar əsasında, qlobal sülhə töhfə verən daha geniş üfüqlərə qaldırmağa davam edəcək.