Şalva Papuaşvili: “Müxalifət növbədənkənar sessiyanı boykot edir”

09:32 19.07.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Müxalifət demək olar ki, tam tərkibi ilə parlamentdə növbədənkənar sessiyanı, yəni amnistiyanı boykot edir”.

Hafta.az-ın yazdığına görə, bu haqda Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili bildirib.

“Başa düşdüyüm qədərilə, “Avropalı sosialistlər” və “Qirçi” istisna olmaqla, müxalifət demək olar ki, tam tərkibi ilə növbədənkənar sessiyanı boykot edir. Müşahidəmə görə, hamı amnistiyanı qarşısını kəsir. Bilmirəm, bu onların öz işidir. Seçicilərin yanına gedəcəklər və buna görə cavab alacaqlar”, - Şalva Papuaşvili bildirib.

Xatırladaq ki, parlamentin növbədənkənar sessiyasında müzakirə ediləcək məsələlərdən biri amnistiya haqqında qanun layihəsidir.