Şalva Papuaşvili: “Səfirliklərin hücumu pisləməsini gözləyirəm”

12:50 01.04.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Dünən Gürcüstan parlamentinin binasına yenidən pirotexniki vasitələrlə hücum etdilər. Səfirliklərin, parlamentin binasına edilən hücumu pisləməsini gözləyirəm”.

Hafta.az-ın yazdığına görə, bu haqda Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili sosial şəbəkədə yazır.

Papuaşvilinin yazdığı kimi, bu hücum onların maliyyələşdirdiyi “QHT-lərin” təşkil etdiyi aksiyada baş verib.

“İki gün əvvəl Çexiya, Almaniya, Norveç səfirləri, eləcə də Böyük Britaniya və Hollandiya səfirliklərinin nümayəndələri “QHT-lər” birliyi olan “İnsan Hüquqları Evi”ni ziyarət edərək həmrəy olduqlarını bəyan ediblər. Həmin QHT-lər prokurorluğun istintaqına əsasən, parlamentin yaxınlığında zorakılıqda iştirak edən aksiya iştirakçılarına tətbiqlənmiş qanuni cərimələrdən yayınmağa kömək edirdi. Bu isə, eyni zamanda, növbəti zorakılıq üçün hərəkət azadlığı verir və onu təşviq etməkdir. Üstəlik, parlamentin binasına edilən hücum məhz onların səfirliklərinin maliyyələşdirdiyi “QHT-lərin” təşkil etdiyi aksiyada baş verib”, - Şalva Papuaşvili yazır.