Yazını böyüt
Yazını kiçilt
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar olunması istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər sakini A.Əliyevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 6 ədəd çətənə kolu və 475 qram marixuana aşkar edilərək götürülüb.
Rayon sakini E.Əliyevə məxsus həyətyanı sahədən isə kultivasiya yolu ilə yetişdirilmiş 10-na yaxın çətənə kolu aşkarlanıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.