Salyanda oğurluqlar edən şəxs saxlanılıb

10:43 26.07.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində fərdi təsərrüfatlardan oğurluqlar edən əvvəllər də eyni əmələ görə məhkum olunmuş İsmayıl Səfərov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan hafta.az-a verilən məlumata görə, araşdırmalar zamanı saxlanılan şəxsin 2 fərqli təsərrüfatdan 8 baş xırdabuynuzlu heyvan və 10-dan artıq ev quşu oğurladığı müəyyən edilib.

Faktla bağlı cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.