Şamaxıda ağır qəza - Ölən var

22:28 10.02.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şamaxıda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Hafta.az xəbər verir ki, hadisə Bakı–Şamaxı–Yevlax avtomobil yolunun Şamaxı rayonu ərazisindən keçən hissəsində baş verib. İlkin məlumata görə, hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Qəza nəticəsində xəsarət alan sərnişin, 66 yaşlı Qabil Sərkərov Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin müdaxilələrinə baxmayaraq, o, xəstəxanada vəfat edib.