Şamaxıda şərab zavodunda YANĞIN

09:50 30.07.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şamaxı rayonunda yanğın hadisəsi baş verib.

Hafta.az xəbər verir ki, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 116-cı kilometrliyində ümumi sahəsi 4 500 m² olan fəaliyyət göstərməyən şərab zavodunun dam örtüyünün yanar konstruksiyaları 1 500 m² sahədə və içərisində həcmi 20 ton olan taxtadan ibarət 10 ədəd çəllək yanıb.

Bildirilib ki, zavodun və çəlləklərin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.