Yazını böyüt
Yazını kiçilt
“Samsung” şirkətinin rəhbəri Li Qon Hi dünyasını dəyişib.
Hafta.az-ın RİA Novosti-yə istinadən məlumatına görə, o, şəhər xəstəxanaların birində vəfat edib.
Qeyd edək ki, 1942-ci ildə doğulan Li Qon Hi 1987-ci ildə “Samsung”un sədri vəzifəsində şirkətin qurucusu olan atasını əvəzləyib.
2014-cü ildə Li Qon Hi ürək tutması keçirib, bundan sonra korporasiyaya nəzarət oğlu, vite-prezident Li Çje Yona keçib.