Samuxda açıq ərazi YANIR

12:58 27.08.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Samux rayonu, Qədili kəndində açıq ərazidə qamışlıq sahədə yanğın baş verməsi barədə məlumat daxil olub. 

Hafta.az xəbər verir ki, bu barədə FHN-nin məlumatında bildirilib. Qeyd edilib ki, dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.