San-Fransisko Şəhər Müşahidə Şurası polisə cinayətkarları öldürmək üçün robotlardan istifadə etməyi qadağan etmək üçün səs verib. Bu barədə “San Francisco Chronicle” nəşri xəbər verir.
Qeyd olunur ki, şuranın səkkiz üzvü polis tərəfindən “öldürücü vasitələrlə təchiz edilmiş uzaqdan idarə olunan robotlar”ın istifadəsinə qadağa qoyulmasının lehinə, üçü isə əleyhinə səs verib.
Şuranın sözçüsü Din Preston səsvermədən sonra deyib: "San-Fransisko əhalisi yüksək səslə və aydın şəkildə danışdı: şəhərimizdə qatil robotlar üçün yer yoxdur". Şəhər hüquq-mühafizə orqanlarına insanları öldürmək üçün alətlər verməkdənsə, güc tətbiqini azaltmaq üzərində işləməlidir.
Əvvəllər ölümcül silah daşıya bilən robotlardan istifadəyə icazə Şura üzvlərinin razılığını almışdı. Qərar ictimaiyyətin və Şuranın bəzi üzvlərinin hiddətinə səbəb olub. Bundan sonra bələdiyyə orqanlarının nümayəndələri təşəbbüsün müddəalarını dəyişərək yenidən baxılması üçün geri göndəriblər.
Şura indi bu müddəanı yekunlaşdırmaq və robotların istifadəsinə daha sərt məhdudiyyətlər qoymaq və ya noyabrın 6-da təsdiqlənmiş qadağanı qüvvədə saxlayaraq təşəbbüsdən tamamilə imtina etmək barədə qərar qəbul edə bilər. “Qatil robotları” qadağan edən siyasətin yeni versiyası üzrə səsvermə gələn həftə keçiriləcək.