“Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar Almaniya iqtisadiyyatına böyük ziyan vurub”.
Hafta.az-ın yazdığına görə, bu iddia Almaniya Parlamentinin Sol Partiyası Qrupunun sədri Sören Pellmanna məxsusdur. Pellmann “İzvevstiya”ya açıqlamasında Almaniyaya tətbiq edilən sanksiyaların dəyərinin 50 milyard avronu keçdiyini iddia edib.
Pellmann bəyan edib ki, Almaniya hökuməti sanksiyaların ölkə iqtisadiyyatına vurduğu ziyana məhəl qoymayıb və məsələyə səssiz qalıb. Qəzet onu da yazıb ki, Almaniya Ticarət və Sənaye Palatasının (IHK) qiymətləndirmələrinə görə, Almaniya iqtisadiyyatı sanksiyalara görə hər il təxminən 5,45 milyard avro itirir.
Almaniyanın Rusiyaya ixracatı 2012-ci ildə 37 milyard avro ilə rekord qırarkən, 2023-cü ilin sonuna qədər bu rəqəm 9 milyard avronun altına düşüb. Bu, Almaniyanın Rusiyaya ixracının təxminən 4 dəfə azaldığını göstərir. 2023-cü ildə Aİ Rusiyadan neft idxalına qadağa qoydu və Almaniya da Polşadan gələn qaz tədarükünə məhdudiyyətlərlə üzləşib.
Aİ-nin Rusiya ilə ticarət həcmi 10 ildə 4 dəfə azaldığı halda, 2023-cü ildə bu həcm 90 milyard avrodan aşağı düşüb.
Almaniyada iqtisadi itkilər digər Aİ ölkələrinə nisbətən daha qabarıq olsa da, bir çox Aİ ölkələri oxşar problemlərlə üzləşirlər. Bu prosesdə enerji xərclərinin artması və inflyasiya templərinin artması Aİ ölkələrinin iqtisadi göstəricilərinə mənfi təsir edib.