Şanxayın keçmiş baş prokuroruna cinayət işi açıldı

14:19 13.02.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Şərqi Futszyan əyalətindəki Xiamen Şəhər Orta Xalq Məhkəməsində rüşvət almaqda şübhəli bilinən Şanxayın keçmiş baş prokuroru Zhang Bencai-yə qarşı cinayət işi qaldırılıb. Bu barədə bazar ertəsi Sinxua agentliyi məlumat yayıb.

Keçmiş məmur haqqında tənzimləmə orqanları keçən ilin iyun ayında partiya içi istintaq başlatmışdı. Sentyabrda o, Çin Kommunist Partiyasından xaric edilib və dövlət qulluğundan azad edilib, noyabrda isə həbs edilib. Araşdırmalar nəticəsində məlum olub ki, Zhang Bencai öz vəzifə səlahiyyətlərindən şəxsi varlanmaq üçün istifadə edib, bizneslə bağlı müxtəlif məsələlərin həlli və müəyyən layihələrin təşviqi üçün üçüncü şəxslərdən rüşvət alıb. Hələlik rüşvətin məbləği göstərilməyib, lakin söhbətin xüsusilə böyük məbləğlərdən getdiyi bildirilir.

Bu, məhkəmə sistemində və şəhər prokurorluğunda baş verən ilk korrupsiya qalmaqalı deyil. 2018-ci ilin oktyabr ayının sonlarında Şanxayın keçmiş baş prokuroru Çen Xu rüşvətxorluq və korrupsiyaya görə ömürlük həbs cəzasına məhkum edilib.