Şatdauna son qoymaq üçün irəli sürülən layihə səsvermədən keçməyib

08:37 07.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ Senatında Demokratlar Partiyası tərəfindən şatdauna son qoymaq üçün irəli sürülmüş layihə səsvermədən keçməyib.

Hafta.az xəbər verir ki, layihə 45 lehinə və 50 əleyhinə səs toplayıb. Bu, Senatda sentyabrın 19-dan bəri maliyyəni təsdiqləmək üzrə beşinci səsvermə idi. Bütün layihələr 60 səs baryerini keçə bilməyib.

Qanun layihəsi oktyabrın 31-dək hökuməti maliyyələşdirməyi nəzərdə tuturdu.

Hazırda Senatda Respublikaçılar Partiyası tərəfindən şatdauna son qoymaq üçün irəli sürülmüş layihə üzrə səsvermə keçirilir.