Sayt rəhbəri HƏBS EDİLDİ

11:44 12.08.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Onların əməllərindən zərərçəkənlər polisə məlumat verə bilərlər

"Saat24.az" saytının rəhbəri Coşqun Abdullayev tutulub.

Hafta.az xəbər verir ki, Zərdab rayonunda bir nəfərdən barəsində rüsvayedici məlumatlar yayacağı hədəsi pul tələb edən "saat24.az" saytının rəhbəri, əvvəllər məhkum olunmuş Coşqun Abdullayev və rayon sakini Natiq İmamalıyev polis əməkdaşları tərəfindən tutulublar.

Faktla bağlı başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Bu şəxslərin əməllərindən zərərçəkənlər polisə məlumat verə bilərlər.