Səbaildə maşın yolu keçən piyadanı vurub

19:48 09.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Səbail rayonunun Azadlıq prospektində yolu keçən paytaxt sakini Ofelya Əliyeva sürücü M.Hetenyinin idarə etdiyi “Kia Sportage” markalı avtomobillə vurulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildirilib ki, hadisə nəticəsində piyada xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı rayon polis idarəsi tərəfindən təhqiqat davam edir.