Səbaildə yolu keçən qadını maşın vurdu

10:44 05.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Səbail rayonunda qeydə alınıb.

 

Hafta.az-ın xəbərinə görə, Badamdar qəsəbəsində avtomobil yolu keçən 1961-ci il təvəllüdlü Məmmədova Xəzangül Bəhram qızını vurub. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

 

Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

 

Hadisənin təfərrüatı araşdırılır.