Yazını böyüt
Yazını kiçilt
Yaponiyada şəhərə enən vəhşi heyvan bir qadın və üs kişini yaralaraq hərbi hissəyə girdi, ardınca hava limanında uçuşların təxirə salınmasına səbəb oldu.
Hafta.az xəbər verir ki, olay Sapporo şəhərinin küçələrində yaşanıb. Qəhvə rəngli bir ayı bütün gecə şəhərin küçələrinə dəhşət saçıb. Ayı ilə bağlı şəhər polisinə çoxsaylı çağırışlar daxil olub.
Yaralıların 80 yaşlı bir qadın və bir əsgər olduğu, digərlərinin isə 70 və 40 yaşlarında kişilər olduğu söylənilir. Yaralıların bədənlərinin müxtəlif yerlərində dərin pəncə izləri var. Sonda şəhərdən çıxıb meşəyə qaçan ayı ovçular tərəfindən vurulub.