Bizdə minimal pensiya 200 manat nəzərdə tutulub. Bu pensiya müxtəlif büdcədən ayrılan vəsaitlə təmin olunur. Digər tərəfdən, orta aylıq pensiya isə 330 manat təşkil edir.
Bu fikirləri hafta.az-a millət vəkili Fazil Mustafa deyib. Onun sözlərinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqaüdlərin artırılması ilə bağlı müəyyən dəyişən rəqəmlər nəzərdə tutula bilər:
"Hələki bu barədə dəqiq açıqlamalar verilməyib. Burada söhbət daha çox pensiyadan əlavə ölkə Prezidentinin verdiyi tapşırıq əsasında büdcədən ayrılan minimum 500 manat olmaqla şəhid ailələri və qazilərə verilən təqaüddən gedir.
Hazırda bu rəqəmin 500 manatın üstündə olmasına dair müzakirələr, fikirlər səsləndirilir. Hələki təsdiqini tapmasa da, ola bilsin bu rəqəm artırılsın.
Bütövlükdə dövlətin sosial yönümlü siyasətində həm minimum pensiyanın, həm də orta aylıq pensiyanın artırılması ildən ilə gerçəkləşdirilir.
Bu rəqəmlər adətən büdcəyə əlavə yükün düşməməsi üçün çox da böyük miqdarda olmur. Büdcənin imkanları nəzərə alınaraq edilir. Ancaq bütövlükdə vaxtaşırı olaraq artımlar edilir".