Yazını böyüt
Yazını kiçilt
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Hümbətov Bəxtiyar Əliş oğlunun meyitinin qalıqları Yevlaxda dəfn olunub.
Hafta.az xəbər verir ki, rayon sakinlərinin, şəhidin ailə üzvlərinin, Yevlax Şəhər İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərlərinin və əməkdaşlarının, ictimaiyyət nümayəndələrinin iştirakı ilə vida mərasimi keçirilib.
Cənazə namazından sonra şəhid Bəxtiyar Hümbətov yaylım atəşilə Yevlax şəhər Şəhidlər xiyabanında dəfn edilib. Şəhidin ruhuna dualar oxunub, məzarının üzərinə əklil, gül dəstələri düzülüb. Tabuta bükülmüş Azərbaycanın üçrəngli Bayrağı şəhidin anası Səyyarə Hümbətovaya təqdim edilib.