“Şəhidlər bizim qürur yerimiz” adlı onlayn tədbir keçirilib

13:10 13.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xətai rayon Mərkəzi Kitabxana Sistemi “Şəhidlər bizim qürur yerimiz” adlı onlayn tədbir keçirib.

Mərkəzi Kitabxanadan hafta.az-a bildirilib ki, onlayn tədbir II Qarabağ döyüşlərində iştirak edən, Talış-Ağdərə istiqamətlərində qəhrəmancasına şəhid olan Anar Rəhim oğlu Hüseynova həsr edilib.

Tədbirin qonağı şəhid atası Rəhim Qəmbərov oğlunun həyatından, döyüşdə göstərdiyi rəşadətdən, Vətənimizin döyüşdə və informasiya cəbhəsində Qələbəsindən danışıb.

Onlayn tədbirə bu linkdən https://www.instagram.com/tv/CItEfeuBMLf/?igshid=cllyb4pnfpgb daxil ola bilərsiniz.