Şəkidə dağlıq ərazidə YANĞIN

23:20 31.07.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şəki şəhərinin Cumakənd kəndində dağlıq ərazidə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, kənddə dağlıq ərazidə 60 ha biçilmiş taxıl sahəsi və 800 ha kol-kos yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.