Şəkiyə yeni prokuror təyin edildi

15:36 20.08.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şəkiyə yeni prokuror təyin edilib.

Hafta.az xəbər verir ki, bu barədə baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Baş prokurorun əmri ilə Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin rəisi - idarə rəisinin müavini Anar Nəsibov Şəki rayon prokuroru vəzifəsinə təyin olunub.