Şəmkirdə yanğın hadisəsi baş verib. Hadisə rayonun Dəllər qəsəbəsində, Səməd Vurğun küçəsində qeydə alınıb.
Hafta.az xəbər verir ki, qəsəbə sakini 1978-ci il təvəllüdlü Anar Əliyevə məxsus ümumi sahəsi 70 kvadratmetr olan 3 otaqlı evdə yanğın başlayıb. Dərhal hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğın söndürən avtomobili və 15-ə yaxın canlı qüvvəsi cəlb olunub.
Yanğın zamanı evin 3 otağı, 1 mətbəxi yanıb, evin 15 kilometr ətrafı yanğın söndürənlər tərəfindən mühafizə olunub. Ev sahibinin övladı 2016-cı il təvəllüdlü Əliyev Rəvan alovun içindən yanğın söndürənlər tərəfindən xilas edilib .Yanıq xəsarətləri alan azyaşlı xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.
Hadisənin baş vermə səbəbləri araşdırılır.