Şəmkirdə sürücüdə narkotik aşkarlandı

10:37 14.06.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şəmkir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yol hərəkəti qaydalarını pozduğu üçün "Mercedes" markalı avtomobilin sürücüsünə "saxla" işarəsi verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, sürücünün üzərindən və avtomobilindən qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Bundan başqa, rayon ərazisində keçirilən profilaktik tədbir zamanı 1 axtarışda olan, 7 sərxoş halda avtomobil idarən edən və digər yol hərəkəti qaydalarını pozan 113 sürücü barəsində inzibati protokol tərtib edilib.

Oxunma sayı 74