Sənaye sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş olub

17:59 30.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə sənaye sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə görüş təşkil olunub.

KOBİA-dan hafta.az-a bildirilib ki, görüşdə İqtisadiyyat Nazirliyi, Dövlət Vergi Xidməti, Sahibkarlığın İnkişafı Fondu və “Marsol” MMC-nin partnyor şirkətləri iştirak ediblər. Dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində keçirilmiş görüşdə sahibkarlıq subyektlərinin ehtiyaclarına dair müzakirələr aparılıb, müxtəlif təkliflər səsləndirilib. Görüşdə iştirak edən müvafiq qurumların nümayəndələri tərəfindən sahibkarları maraqlandıran suallar cavablandırılıb.