Yazını böyüt
Yazını kiçilt
Sentyabrda dəniz nəqliyyatı ilə ümumilikdə 64 min 666 ton yük daşınıb ki, bu yüklərin dəyəri 39,5 milyon ABŞ dolları olub.
Dövlət Gömrük Komitəsindən hafta.az-a verilən məlumata görə, ötən ay dəniz nəqliyyatı ilə ixrac olunan 38 min 975 ton yükün dəyəri 16,5 milyon dollar təşkil edib. Bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 25 min 691 ton, dəyəri isə 22,9 milyon dollar olub.