Yazını böyüt
Yazını kiçilt
İranın qərbində, Kürdüstan əyalətinin Sərvabad şəhərində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) qərargahına hücum olub.
Hafta.az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verib.
Bildirilir ki, hökumət əleyhinə qrupun üzvləri qərargaha qumbara atıblar. Hadisə nəticəsində SEPAH-ın iki zabiti həlak olub, üçü isə yaralanıb.
Hazırda ərazi təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə alınıb, hücum edənlərin axtarışları davam edir.