Separatçı fikirləri ilə seçilən yumorist İdrak Mirzəlizadə Rusiyada HƏBS EDİLDİ 

18:31 09.08.2021 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Moskvanın Taqan rayon məhkəməsi Azərbaycana qarşı separatçı fikirləri ilə seçilən yumorist İdrak Mirzəlizadəni "ruslar"la bağlı "zarafatı"na görə həbs edib.

Hafta.az xəbər verir ki, o, özünü günahkar saymayıb və fikirlərini "düzgün anlamayan" insanlardan üzr istəyib. İttiham olunanın sözlərinə görə, konteksdən çıxarılan fikirləri həqiqətən aşağılayıcı olsa da, ksenofobiya meylləri daşımayıb. Belə ki, konsertində müxtəlif millətlərdən nümayəndələr iştirak edərək bu zarafata gülüblər.

Məhkəmə onun barəsində 10 sutka həbs qərarı verib.